"Mançester Siti" - "Liverpul": Heyətlərdəki son durum
İngiltərə Premyer Liqasının 26-cı turun mərkəzi matçı "Etihad Stadium"da keçiriləcək.
Sportline.az xəbər verir ki, "Mançester Siti" "Liverpul"la münasibətləri aydınlaşdıracaq.
"Mançester Siti"də əsas itki Con Stounz, Manuel Akanji və Rodrinin adı ilə bağlıdır.
"Liverpul"da isə Kodi Qakpo, Konor Bredliy və Co Qomez baş məşqçi Arne Slotun sərəncamında olmayacaq.
Qeyd edək ki, start fiti 20:30-da səslənəcək oyunu Entoni Teylor idarə edəcək.