"Mançester Siti"də itki yaşanıb

"Mançester Siti"nin ingiltərəli futbolçusu Con Stounz zədələnib.

Sportline.az xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb. 

30 yaşlı müdafiəçi ən azı 2 ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Stounz bu mövsüm çıxış etdiyi 20 matçda 3 qol və 2 asistlə yadda qalıb.