"Mançester Siti"də yarpaq tökümü

"Mançester Sitinin 5 futbolçusu yay transfer dönəmində komandanı tərk edə bilər.

Sportline.az "The Athletic"ə istinadla xəbər verir ki, bu siyahıya Kayl Uoker başçılıq edir.

Onunla yanaşı bu sırada Joau Konselu, Emerik Laport, Riyad Marez və "Barselona"ya keçidi gözlənilən İlkay Gündoğanın da adı var.

Qeyd edək ki, "Mançester Siti" 2022/23 mövsümünü İngiltərə çempionu, İngiltərə kubokunun sahibi və UEFA Çempionlar Liqasının qalibi kimi başa vurub.