"Mançester Siti"ni "Nyukasl"a dəyişə bilər

"Mançester Siti"nin ingiltərəli futbolçusu Cek Qriliş mövsümün sonunda klubdan ayrıla bilər.

Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, "Nyukasl Yunayted" Qrilişi transfer etmək üçün hərəkətə keçib.

29 yaşlı futbolçunun "Mançester Siti" ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Qeyd edək ki, Qriliş cari mövsüm çıxış etdiyi 24 matçda 2 qol və 5 asistlə yadda qalıb.

Onun hazır ki dəyəri "Transfermarkt" portalına görə 45 milyon avro olaraq qiymətləndirilir.