"Mançester Siti"nin mükafatının məbləği açıqlandı

"Mançester Siti" bu mövsüm Çempionlar Liqası, İngiltərə Premyer Liqası və İngiltərə kubokunu qazanacağı təqdirdə böyük məbləğdə mükafata sahib çıxacaq. 

Sportline.az "Football İnsider"ə istinadən xəbər verir ki, klub rəhbərliyi bu halda komandaya 40 milyon avro ödəyəcək. 

Qeyd edək ki, "Mançester Siti" Çempionlar Liqasının finalında "İnter"lə, İngiltərə kubokunun finalında "Mançester Yunayted"lə görüşəcək. 

Premyer Liqada baş mükafata yiyələnmək üçün isə Qvardyolanın komandası 37-ci turda "Çelsi"yə qalib gəlməlidir.