“Mançester Yunayted” 3 matç sonra qələbə qazandı

İngiltərə Premyer Liqasında 8-ci turun oyunları davam edir.

Sportline.az xəbər verir ki, “Mançester Yunayted” öz meydanında “Brentford”la qarşılaşıb. Görüş “mankuniyanlar”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qolları: Ethan Pinnok 45+5, Alexandro Qarnaço 47, Rasmus Hoylond 62.

Qeyd edək ki, “Mançester Yunayted” 11 xalla 10-cu, “Brentford” isə 10 xalla 12-ci pillədə yer alır.