“Mançester Yunayted” Amad Diallo ilə bağlı qərar verib

“Mançester Yunayted”in qanalı futbolçusu Amad Diallo klubla yeni müqavilə imzalayacaq.

Sportline.az “Telegraph” qəzetinə istinadən xəbər verir ki, “Mançester Yunayted” klubunun rəhbərliyi A.Dialloya 4 illik yeni müqavilə təklif edib.

Diallo “Mançester Yunayted”də xoşbəxtdir. Gənc futbolçu bu müqavilə təklifini qəbul edib.

Qeyd edək ki, 22 yaşlı futbolçunun “Mançester Yunayted”lə hazır ki müqaviləsi 2025-ci ilin iyun ayına qədərdir.