"Mançester Yunayted" axtardığı futbolçunu İtaliyada tapıb

“Qızmızı şeytan”lar axtardıqları hücumçunu İtaliyada tapıblar.

Sportline.az Goal.com-a istinadla xəbər verir ki, mançesterlilər “Atalanta”nın futblçusunu Rasmus Hoylandı transfer etmək istəyirlər.

“Mançester Yunayted” transfer üçün 40 milyon avro təklif edib.

Futbolçu və “Atalanta” klubu hələ ki, bununla bağlı açıqlama verməyib.

Qeyd edək ki, bu mövsüm “Atalanda” forması ilə 42 oyuna çıxan Hoyland 16 qol və 7 asistlə yadda qalıb.