"Mançester Yunayted" "Çelsi"ni darmadağın etdi

İngiltərə Premyer Liqasında 32-ci turun təxirə salınmış oyunu keçirilib.

Sportline.az xəbər verir ki, "Mançester Yunayted" "Çelsi"ni qəbul edib. Matç meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

"Mançester Yunayted" - "Çelsi" - 4:1
Qollar: 
Kasemiro, 6 (1:0), Marsyal, 45+5 (2:0), Fernandes, 73-pen. (3:0), Reşford, 78 (4:0), Feliks, 89 (4:1)

Bu nəticədən sonra Erik Ten Haqın baş məşqçisi olduğu komanda turnir cədvəlində 3-cü pilləyə yüksəlib. Çelsi" 43 xalla 12-cidir. Çempionluğu rəsmiləşdirən "Mançester Siti"nin 89, 2-ci "Arsenal"ın 81 xalı var.