“Mançester Yunayted” Con Mortuqla yolları ayırdı

“Mançester Yunayted” klubu 11 illik futbol direktoru Con Mortunqla yolları ayırıb. 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki,  “qırmız şeytanlar”ın sahibi Ser Cim Ratkliff 11 ildir komandada fərqli vəzifələrdə çalışan ingiltərəli mütəxəsisin müqaviləsinə qarşılıqlı xitam verib. 

Təcrübəli iş adamının komandadan hansı səbəbən ayrıldığı isə hələ də məlum deyil. 

Qeyd edək ki, Con Mortunq daha öncə “Mançester  Yunayted”in gəclər komandasının kordinatoru vəzifəsində çalışıb.