“Mançester Yunayted” Entonini satmağa hazırdır
2022-ci ildə “Ayaks”dan 95 milyon avroya “Mançester Yunayted”ə transfer olunan Entoni klubdan ayrıla bilər.
Sportline.az “MailSport” saytına istinadən xəbər verir ki, “Yunayted” rəhbərliyi oyunçunu yanvarda klubdan göndərəcəyini açıqlayıb. Rəhbərlik Entonini 40 milyon avroya satmağa hazırdır.
Futbolçunun xidmətində maraqlı olan əsas klub “Fənərbağça” kimi göstərilir.
Qeyd edək ki, Entoni bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 4 matçda 1 qolla yadda qalıb.