"Mançester Yunayted" Eriksenlə bağlı məsələyə aydınlıq gətirib

"Mançester Yunayted" mövsümün sonunda danimarkalı futbolçusu Kristian Eriksenlə yollarını ayıracaq.

Sportline.az "Daily Mirror" nəşrinə istinadən xəbər verir ki, Eriksen karyerasını bitirməyi düşünür.

32 yaşlı futbolçu cari mövsüm çıxış etdiyi 21 matçda 4 qol və 4 asistlə yadda qalıb.

Qeyd edək ki, Eriksen karyerası ərzində "Odense", "Ayaks", "Tottenhem", "İnter" və "Brentford"da çıxış edib.