"Mançester Yunayted" fransalı futbolçu üçün hərəkətə keçib

"Mançester Yunayted"in yeni transfer hədəfi bəlli olub.

Sportline.az "Bild" qəzetinə istinadən xəbər verir ki, "Leipziq"in fransalı futbolçusu Kastello Lukeba karyerasını "Mançester Yunayted"də davam etdirə bilər.

Lukebanın sərbəst qalma məbləği 75 milyon avrodur.

Qeyd edək ki, 22 yaşlı futbolçu bu mövsüm 22 rəsmi matçda iştirak edib. Məhsuldarlıq göstəricisi yoxdur.

Onun "Leipziq"lə müqaviləsi 2029-cu ilin iyun ayına qədərdir.