“Mançester Yunayted” Gyökereşin transferində israrlıdır

“Sportinq”in isveçli futbolçusu Viktor Gyökereş mövsümün sonunda klubdan ayrılmaq qərarına gəlib.

Sportline.az “Fichajes” nəşrinə istinadən xəbər verir ki, “Mançester Yunayted” Gyökereş üçün qarşı tərəfə 75 milyon avroluq rəsmi təklif göndərib.

“Sportinq”in rəhbərliyi bu təklifə cavab verməyib.

Qeyd edək ki, Gyökereşlə “Arsenal”, “Çelsi”, “Barselona” və “Paris Sen-Jermen”də yaxından maraqlanır.

O bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 36 oyunda rəqib qapılarından 34 top keçirib.

Gyökereşin Portuqaliya klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

26 yaşlı futbolçu 2023-cü ildən etibarən “Sportinq”də çıxış edir.