"Mançester Yunayted" haqqında film çəkiləcək

"Amazon" şirkəti 1999-cu ildə "Mançester Yunayted" uğurları barədə sənədli filmlər seriyasını təqdim edəcək.

Sportline.az xəbər verir ki, film komandanın Premyer Liqa, İngiltərə kuboku və UEFA Çempionlar Liqasını qazandığı mövsümdən bəhs edəcək.

Devid Bekhem, Qari Nevil, Pol Skolz, Peter Şmayxel  və Ole-Qunnar Sulşer serialda komanda ilə bağlı xatirələrini bölüşəcəklər.