"Mançester Yunayted" isveçli futbolçudan vaz keçib
“Sportinq”in hücumçusu Viktor Gyökereş “Mançester Yunayted”ə keçməyəcək.
Sportline.az jurnalist Laurie Vyatvellin məlumatına istinadən xəbər verir ki, “Qırmızı şeytanlar”ın rəhbərliyi yayda 27 yaşı tamam olacaq futbolçuya böyük məbləğdə pul yatırmaq istəmir.
Həmçinin iddia olunur ki, Gyökereşin özü də gələn mövsüm Çempionlar Liqasında iştirak edəcək kluba keçmək niyyətindədir.
Qeyd edək ki, 26 yaşlı isveçli hücumçu 2024-25 mövsümündə 32 oyuna 32 qolla Avropa bombardirləri üzrə 8-cidir.