"Mançester Yunayted" millinin qapıçısını heyətə qatır
"Mançester Yunayted" Portuqaliya millisinin qapıçısı Dioqu Koştanı heyətə qatmaq niyyətindədir.
Sportline.az A Bola nəşrinə istinadən xəbər verir ki, 23 yaşlı futbolçu yay transfer pəncərəsində "Portu"nu tərk edəcək.
Mançesterlilər onun üçün "Portu"ya 75 milyon avro ödəməyə hazırdırlar.
Qeyd edək ki, Koşta bu mövsüm iştirak etdiyi 33 oyunda qapısından 22 top buraxıb.