"Mançester Yunayted" müdafiə xətti üçün "Yuventus"un futbolçusunu istəyir

"Mançester Yunayted" müdafiə xətti üçün "Yuventus"un futbolçusu ilə maraqlanır.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, İngiltərə klubu "Yuventus"un braziliyalı təcrübəli müdafiəçisi Qleyson Bremerli heyətinə qatmaq istəyir.

"Qırmızı şeytanlar" "Yuventus" rəsmiləri ilə ən qısa müddətdə danışıqlara başlayacaqlarnı bildiriblər.

Qeyd edək ki, Qleyson Bremer bu mövsüm "Yuventus" forması ilə 30 oyunda meydana çıxıb və 2 qolla yadda qalıb.