"Mançester Yunayted" Reşfordla anlaşdı
"Mançester Yunayted" Markus Reşfordla müqavilənin müddətini uzadacaq.
Tərəflər uzun müddətli anlaşmaya imza atacaqlar.
Müqavilənin son detallarının müzakirə olunduğu bildirilir.
Klubun fanatları Reşfordu mövsümün oyunçusu adına layiq görüblər.
Qeyd edək ki, 25 yaşlı forvard mövsümü 30 qol və 11 asistlə başa vurub.