“Mançester Yunayted” türkiyəli futbolçunu transfer etmək istəyir

“Yuventus”un türkiyəli futbolçusu Kenan Yıldız karyerasını “Mançester Yunayted”də davam etdirə bilər.

Sportline.az futbol jurnalisti Florian Plettenberqin məlumatına istinadən xəbər verir ki, "Ma“çester Yunayted” klunun rəhbərliyi mövsümün sonunda Kenan Yıldız üçün “Yuventus”a rəsmi təklif göndərəcək.

Kenan Yıldızın hazır ki dəyəri “Transfermarkt” portalına görə 40 milyon avrodur.

Qeyd edək ki, K.Yıldızın “Yuventus”la müqaviləsi 2029-cu ilin iyun ayına qədərdir.