"Mançester Yunayted"dən "İnter"ə

İtaliya "İnteri" yeni mövsüm üçün transfer çalışmalarına start verib.

Sportline.az Sovsport.ru-ya istinadla xəbər verir ki, "Nerazzuri" "Mançester Yunayted"də çıxış edən Aaron Van-Bissakanı transferində maraqlıdır.

"İnter" 26 yaşlı sağ cinah müdafiəçisi üçün İngiltərə klubuna 10 milyon avro ödəməyə hazırdır. İtalyanlar yaxın zamanda Premyer Liqa klubuna rəsmi təklif göndərəcək.

Qeyd edək ki, "Mançester Yunayted" Aaron Van-Bissakanı 2019-cu ilin yayında "Kristal Pelas"dan transfer edib. İngiltərə millisinin üzvü son mövsümdə "qırmızı şeytanların"ın heyətində meydana çıxdığı 30 rəsmi matçda 3 qol ötürməsi ilə yadda qalıb. Onun klubla müqaviləsi gələn ilin iyun ayında başa çatır.