"Mançester Yunayted"dən "Marsel"ə keçdi

"Mançester Yunayted" müdafiəçi Erik Bayini "Marsel"ə icarəyə verib.

Sportline.az xəbər verir ki, bu barədə İngiltərə klubunun saytı məlumat yayıb. İcarə müqaviləsi 2022/23 mövsümünün sonuna qədər qüvvədədir.

"Marsel" 28 yaşlı futbolçunu almaq hüququna sahib olacaq.

Qeyd edək ki, Bayi “Mançester Yunayted”in heyətində ümumilikdə 113 oyuna çıxıb və 1 qol vurub.