"Mançester Yunayted"in futbolçusu "Nyukasl" yolunda

"Nyukasl" "Mançester Yunayted"in futbolçusu Skott Maktomineyin transferinə hazırlaşır.

Sportline.az xəbər verir ki, bu haqda məşhur jurnalist Fabrisio Romano məlumat yayıb.

Onun sözlərinə görə 26 yaşlı oyunçu "sağsağanlar"ın əsas hədəfləri sırasındadır.

Qeyd edək ki, Transfermarkt portalında onun dəyəri 25 milyon avro kimi göstərilir.