"Mançester Yunayted"in gənc futbolçusu "Real Madrid"in diqqət mərkəzinə düşüb
"Mançester Yunayted"in gənc futbolçusu "Real Madrid"in diqqət mərkəzinə düşüb.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "Kral" klubu "qırmızı şeytanlar"ın 18 yaşlı yarımmüdafiəçisi ilə maraqlanır.
Söhət ingiltərəli futbolçu Kobbi Mainudan gedir. Gənc yarımmüdafiəçisi bu mövsüm "Mançester Yunayted" forması ilə çıxdığı 26 oyunda 3 qol, 2 asistlə yadda qalıb.
Qeyd edək ki, Kobbi Mainu "Mançester Yunayted" futbol akademiyasının yetirməsidir.