"Mançester Yunayted"in geyinmə otağında səsyazma qurğusu aşkarlanıb

"Mançester Yunayted"in düşərgəsində xoşagəlməz hal yaşanıb.

Sportline.az The Sun nəşrinə istinadla xəbər verir ki, komandanın geyinmə otağında səsyazma qurğusu quraşdırıldığı aşkarlanıb.

Bu fakt mançesterlilərin "Aston Villa" ilə səfər matçında qeydə alınıb.

"Villa Park"da qonaqların geyinmə otağına yol tapan kənar adam bu əməli törədib.

Onun "qırmızı şeytanlar"ın fanatlarından biri olduğu ehtimal edilir.

Qeyd edək ki, sözügedən qarşılaşma qolsuz bərabərliklə başa çatmışdı.