"Mançester Yunayted"in Keyn siyasəti

"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq deyir ki, Harri Keyn "Mançester Yunayted" üçün mükəmməl hücumçudur.

Sportline.az “The Athletic”ə istinadən xəbər verir ki, “Mançester Yunayted”in rəhbərləri şəxsi söhbətlərində açıq şəkildə bildiriblər ki, onlar keçən yayın çox hissəsini Frenki de Yonqu “Barselona”dan ayrılmağa inandırmağa sərf etdikdən sonra “Tottenhem”in hücumçusu üçün uzunmüddətli danışıqlara qatılmaq istəmirlər. Bundan əlavə, londonluların prezidenti Daniel Levi Keyni Premyer Liqadan kluba satmaq fikrində olmadığını açıqlayıb.