"Mançester Yunayted"in transfer siyahısı

“Mançester Yunayted” "səxavət kisəsinin ağzını açır".

“Qırmızı Şeytanlar” yeni mövsümdə heyəti gücləndirmək üçün 10 ulduz futbolçunu hədəfə alıb. 

Sportline.az Goal.coma istinadla xəbər verir ki, siyahıda Neymar (PSJ), Meyson Mount (Çelsi), Harri Keyn ( Tottenhem) , Deklan Rays ( Vest Hem Yunayted) ,Viktor Osimhen ( Napoli), Qonsalo Ramos (Benfika), Randal Kolo Muani (Ayntraxt Frankfurt), Rasmus Hoyland (Atalanta), Kim Min-Je ( Napoli) və Bart Vebrugenin ( Anderlext) adı var.

Qeyd edək ki, bu mövsüm İngiltərə Premyer Liqasını 4-cü pillədə başa vuran “Mançester Yunayted” Çempionlar Liqasına vəsiqə qazanıb.