Mançinidən şad xəbər

İtaliya millisinin baş məşqçisi Roberto Mançini koronavirusdan sağalıb.

Sportline.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, bu barədə o, özü məlumat verib: "Son koronavirus testim mənfi çıxdı. Sağlamam, hər şey qaydasındadır".

Qeyd edək ki, Mançini noyabrın 6-ı koronavirusa yoluxmuşdu.