Mane tarixə düşdü

"Bavariya" Bundesliqanın ilk turunda Frankfurt "Ayntraxt"ını məğlub edib - 6:1.

Sportline.az xəbər verir ki, görüşdə bir qol vuran yeni transfer Sadio Mane klubun tarixinə düşüb.

Seneqallı forvard Münhen klubunda son 10 ildə ilk iki rəsmi matçında qol vuran birinci futbolçu olub.

Mane bundan əvvəl Almaniya Super Kubokunda "Lepysiq"ə qalib gəldikləri matçda (5:3) fərqlənmişdi.