Manuel Noyerin Dünya çempionatındakı diqqətçəkən statistikası
Almaniya millisinin təcrübəli qapıçısı Manuel Noyer Dünya çempionatlarında maraqlı statistika ilə gündəmə gəlib.
Sportline.az "Lequipe" nəşrinə istinadən xəbər verir ki, Noyer Dünya çempionatındakı son 9 oyununda ümumilikdə 13 qol buraxıb. Onun statistikaları bunlardır:
Meksikaya qarşı – 1 qol - 2018
İsveçə qarşı – 1 qol - 2018
Cənubi Koreyaya qarşı – 2 qol - 2018
Yaponiyaya qarşı – 2 qol - 2022
İspaniyaya qarşı – 1 qol - 2022
Kosta Rikaya qarşı – 2 qol - 2022
Kurasaoya qarşı – 1 qol - 2026
Fil Dişi Sahilinə qarşı – 1 qol - 2026
Ekvadora qarşı – 2 qol - 2026
Maraqlıdır ki, alman qolkiperin Dünya çempionatında qapısını sonuncu dəfə toxunulmaz saxladığı oyun 2014-cü ildə keçirilən final matçı olub.
Həmin görüşdə Almaniya millisi Argentinanı məğlub edərək Dünya çempionu olmuş, Manuel Noyer isə qapısını toxunulmaz saxlamışdı.
Bu statistika göstərir ki, 2014-cü il finalından sonra Noyer Dünya çempionatlarında keçirdiyi heç bir oyunda qapısını toxunulmaz saxlaya bilməyib.