Maradona haqqında şok iddia

Argentinalı həkim, yazıçı və jurnalist Nelson Kastro əfsanəvi Dieqo Maradonanın ürəksiz dəfn edildiyini açıqlayıb.

Sportline.az xəbər verir ki, bu barədə o,  İspaniyanın “Marca” nəşrinə açıqlamasında bildirib.

O, həkimlərin dəfn mərasimindən əvvəl Dieqonun ürəyinin çıxardıqlarını deyib.

Xatırladaq ki, Maradona ötən il noyabrın 25-də dünyasını dəyişib.