Marko Roys karyerasını ABŞ-da davam etdirəcək
Mövsümün sonu "Borussiya"dan ayrılan Marko Roys MLS klubundan təklif alıb.
Sportline.az Beinsports.com-a istinadla xəbər verir ki, Los Anceles Qalaksi yaxın günlərdə almaniyalı futbolçunu heyətinə qatacaq.
Marko Roys da MLS-da oynamağa müsbət yanaşır.
Qeyd edək ki, 35 yaşlı ulduz futbolçu 12 il çıxış etdiyi "Borussiya" Dortmundda keçirdiyi 429 oyunda 170 qol vurub, 131 asist edib.