Marko Veratti İngiltərə və Almaniya nəhənglərinin hədəfində
PSJ-nin futbolçusu Marko Veratti karyerasını Almaniyada davam etdirəcək.
Sportline.az "Football Italia"ya istinadla xəbər verir ki, o, "Mançester Yunayted" və "Bavariya"nın maraq dairəsindədir.
İtaliya millisinin üzvü PSJ-nin baş məşqçisi Luis Enrikenin planlarına daxil deyil.
Qeyd edək ki, Veratti Fransa çempionatının ilk iki turunda heyətdən kənarda qalıb.