Marqarita Stepanenko İsrail çempionatının qalibi olub

Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin üzvü Marqarita Stepanenko İsrail çempionatının qalibi olub.

Sportline.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, hücumçu bu uğura “Makkabi" (Aşdod) klubunun heyətində imza atıb.

Voleybolçumuzun komandası final seriyasının hər üç oyununda “Hapoel"i (Kfar Saba) məğlub edib.