"Marsel" "Beşiktaş"dan transfer etdiyi futbolçunu geri göndərəcək
"Marsel" "Beşiktaş"dan transfer etdiyi futbolçunu geri göndərəcək.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, Fransa klubu "qara-qartallar"dan icarə əsasında transfer etdiyi Cian Onananın performasından narazı olduğu üçün futbolçunu geri qaytarmaq qərarına gəlib.
"Beşiktaş" klubunda inamlı təsir bağışlayan kamerunlu yarımmüdafiəçi "Marsel"də istənilən nəticəni verməyib.
Qeyd edək ki, "Beşiktaş2 klubunun digər futbolçusu Valentin Rozier də mövsüm sonunda icarə əsasında göndərildiyi "Nitsa" klubu ilə yolları ayıraraq komandaya geri qayıdacaq.