"Marsel" rusiyalı hücumçu üçün ÇSKA ilə danışıqlara başlayıb
Fransanın "Marsel" klubu hücumçu Fedor Çalovun transferi ilə bağlı Moskva CSKA ilə danışıqlara başlayıb.
Sportline.az xəbər verir ki, bu barədə məhşur Transfermarkt portalı məlumat yayıb.
Fyodor Çalov Ordu klubunun öz yetirməsidir. O, 2017-ci ildən ÇSKA-nın əsas komandasında çıxış edir. Forvardın klubu ilə hazırkı müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədərdir. “Transfermarkt” portalı 26 yaşlı futbolçunun dəyərini 12 milyon avro qiymətləndirir.
Qeyd edək ki, 26 yaşlı hücumçu bu mövsüm ÇSKA ilə çıxdığı 41 oyunda 16 qol vurub, 5 asist edib.