Mateo Kassiera karyerasını Türkiyədə davam etdirə bilər

Transfer çalışmalarını davam etdirən "Fənərbağça"da diqqətlər Rusiyaya yönəlib.

Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, hücumçu axtarışında olan "sarı-lacivərtlilər" "Zenit"in kolumbiyalı oyunçusu Mateo Kassieranı heyətinə qatmaq istəyir.

Xəbərdə, Joze Mourinyonun rəhbərlik etdiyi klubun transfer siyahısında əsas hədəfin  Kassierra olmadığı bildirilir.

Qeyd edək ki, ötən mövsüm Sankt-Peterburq klubu ilə 38 oyuna çıxan Kassiera 24 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

O, həmçinin Rusiya Premyer Liqasının 2023/2024 mövsümünün bombardiri olub.