Matvey Safonov tibbi müayinədən keçmək üçün Parisə yollanıb
"Krasnodar"ın və Rusiya millisinin 25 yaşlı qapıçısı Matvey Safonov tibbi müaniyədən keçmək üçün Fransaya yollanıb.
Sportline.az xıbır verir ki, bu barədə jurnalist Fabrik Houkins "X" sosial şəbəkəsində məlumat yayıb.
Daha əvvəl mətbuatda rusiyalı qolkiperin PSJ-yə keçməyə yaxın olduğu barədə məlumatlar yayılmışdı. Müqavilənin məbləği 20 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, Matvey Safonov "Krasnodar"ın öz yetirməsidir. Bu mövsüm bütün turnirlərdə 30 oyuna çıxan futbolçu 11 dəfə qapısını toxunulmaz saxlayıb və 27 qol buraxıb.