Maurisiyo Sarri "Panatinaikos"la bağlı qərarını verib
Son olaraq "Latsio"nu çalışdıran və Yunanıstan Liqası komandalarından "Panatinaikos"dan təklif alan Mauritsio Sarri yekun qərarını verib.
Sportline.az Ajanasspor.com-a istinadla xəbər verir ki, italiyalı çalışdırıcı Yunanıstan komandasının təklifini rədd edib.
Qeyd edək ki, karyerasında bir çox klubu çalışdıran 65 yaşlı mütəxəssis 2019-2020 mövsümündə "Yuventus" ilə İtaliya A Seriyasının, 2018-2019-cu ildə isə "Çelsi" ilə Uefa Avropa Liqasının qalibi olub.