Mayk Taysondan Fyuriyə mesaj

Boks üzrə sabiq mütləq dünya çempionu Mayk Tayson (50-6) yenidən gündəmə gəlib.

Sportline.az xəbər verir ki, o, "ES News"ə açıqlamasında WBC versiyasında dünya çempionu Tayson Fyuriyə ehtiyatlı olmağı məsləhət görüb.

Mayk Fyuriyə Fransis Nqannla döyüşə ciddi hazırlaşmalı olduğunu tövsiyyə edib: "Sənə uğurlar, qardaş. Ciddi məşq elə, çünki səni çox çətin gecə gözləyir".

Qeyd edək ki, Fyuri ilə Nqann oktyabrın 28-də Ər-Riyadda üz-üzə gələcəklər.