Mayk Taysondan Türkiyə milli komandasına sürpriz hədiyyə

Əfsanəvi boskçu Mayk Tayson Avstriya ilə oyun öncəsi Türkiyə millisinə jest edib.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, məhşur boksçu üzərində Türkiyə bayraqları olan boks əlcəklərini imzalayaraq "Ay-ulduzlular"a göndərib.

ABŞ-li əfsanə eyni zamanda Avstriya ilə görüşdə Türkiyəni dəstəkləyəcəyini bildirib.

Türkiyə millisinin kapitanı Hakan Çalhanoğlu videolu mesajda Mayk Taysona komanda adından təşəkkürünü bildirib.

Qeyd edək ki, Laypsiqdə keçiriləcək Avstriya-Türkiyə görüşü bu gün saat 23:00-da başlanacaq.