Mayk Taysonun növbəti döyüş üçün qonorarı açıqlandı
Boks aləminin canlı əfsanəsi Mayk Tayson yenidən rinqə çıxmağa hazırlaşır.
Sportline.az xəbər verir ki, "Dəmir Mayk" videobloger Ceyk Polla üz-üzə gələcək.
Taysonun bu döyüşə görə 20 milyon dollar qazanacağı bildirilir.
Bu haqda Ceyk Pol mətbuat konfransında məlumat verib.
Onun özünün isə qonorarı ikiqat artıq olacaq.
Qeyd edək ki, 27 yaşlı Ceyk Pol peşəkar rinqdə keçirdiyi 11 döyüşün 10-da (7 nokaut) qələbə qazanıb, 1-də məğlub olub.
58 yaşlı Taysonun isə, hesabında 50 qələbə (44 nokaut), 6 məğlubiyyət var.