Maykl Ouendən "Tottenhem" - "Arsenal" görüşünə proqnoz

Bu gün İngiltərə Premyer Liqasında 22-ci turdan təxirə salınmış "Tottenhem" - "Arsenal" görüşü keçiriləcək.

Sportline.az xəbər verir ki, İngiltərə millisinin sabiq hücumçusu Maykl Ouen bu qarşılaşma ilə bağlı ehtimalını bölüşüb.

Veteran futbolçu "Betviktor"dakı bloqunda oyunun olduqca maraqlı alınacağına ümid bəslədiyini bildirib: "Hər iki komanda üçün vacib oyunda qonaqları heç-heçə də qane edir. Meydan sahiblərinin isə qələbəyə kökləndiyi sual doğurmur. Fikrimcə qarşılaşma 1-1 hesabı ilə nəticələnəcək".