Mazureklə Ruslan Hacıyev də "Səbail"dən getdi

"Səbail" klubu daha 2 futbolçusu ilə yollarını ayırıb.

Sportline.az xəbər verir ki, "dənizçilər" yarımmüdafiəçilər Franko Mazurek və Ruslan Hacıyevlə vidalaşıb. Onlarla mövsümün sonunda başa çatan müqavilə yenilənməyib.

Qeyd edək ki, paytaxt təmsilçisi daha əvvəl Luvaqa Kizito, Qustavo de Fransa və Qoba Zakpa ilə də vidalaşıb.

Banner