Mbappe “50”yə çatdı
"Real"ın hücumçusu Kilian Mbappe daha bir uğura imza atıb.
Sportline.az xəbər verir ki, o, Çempionlar Liqasının tarixinə düşüb.
Forvard turnirin əsas mərhələsində 50 qol vuran 9-cu futbolçu olub.
Qeyd edək ki, 10-cu dəqiqədə hesabı açan Mbappe zədələnərək 36-cı dəqiqədə meydanı tərk edib.