Mbappe mövzusuna Makron da qarışdı
Fransa prezidenti Emmanuel Makron Mbappenin PSJ-dən ayrılmasına mane olmağa çalışacaq.
Sportline.az xəbər verir ki, o, komandanın gənc azarkeşinin bununla bağlı sualını belə cavablandırıb: "Məndə hər hansı sesnsasiyalı xəbər yoxdur. Amma, çalışacam ki, o, komandada qalsın".
Qeyd edək ki, Makron 2022-ci ildə Mbappeni fikrindən daşındırmağı bacarmışdı.
Həmin ilin yayında Kilian PSJ ilə müqavilənin müddətini iki mövsümlük uzatmışdı.