Mbappe PSJ-dəki vəziyyətdən bezib

PSJ-nin futbolçusu Kilian Mbappe komandadakı durumdan bezib.

Sportline.az AS nəşrinə istinadən xəbər verir ki, o, bunu Fransa millisinin düşərgəsində komanda yoldaşı Pol Boqbaya bildirib.

Poqba Mbappedən PSJ-dəki son vəziyyəti soruşub. O, isə kameralardan yayınaraq cavab verməyib və paltardəyişmə otağında hazırkı durumdan bezdiyini bildirib.

PSJ-də futbolçular arasında qruplaşma olduğu haqda xəbərlər yayılıb. Çempionlar Liqasının 1/8 finalında "Real"a məğlubiyyətdən sonra komandada gərginliyin daha da artığı bildirilir.

Qeyd edək ki, Mbappenin PSJ ilə müqaviləsi mövsümün sonuna qədərdir. Onunla hələlik yeni sözləşmə imzalanmayıb.