Mbappe qərarını verdi
PSJ futbolçusu Kilian Mbappe ilə yeni müqavilə imzalayıb.
Sportline.az klubun saytına istinadən xəbər verir ki, fransalı hücumçu ilə iyunda başa çatacaq müqavilənin müddəti 2025-ci ilin iyununa kimi uzadılıb.
Qeyd edək ki, 23 yaşlı oyunçu 2018-ci ildən PSJ-də oynayır. Onu "Real" transfer etmək istəyirdi. Ancaq Mbappe Madrid təmsilçisinin təklifi rədd edərək hazırkı klubunda qalmağa qərar verib.