Mbappe yeni mövsümlə bağlı planını açıqladı

PSJ-nin hücumçusu Kilian Mbappe yeni mövsümlə bağlı planlarını açıqlayıb.

Sportline.az Le Fiqaro nəşrinə istinadən xəbər verir ki, 24 yaşlı futbolçu karyerasını Paris klubunda davam etdirəcək: "PSJ ilə müqaviləm var. Özümü burada xöşbəxt hiss edirəm. Yeni mövsümdə də bu komandanın uğurları üçün çalışacağam".

Qeyd edək ki, adı "Real"a hallanan forvardın Madrid təmsilçisinə keçidi PSJ-nin yüksək tələblərinə görə baş tutmayıb.

Banner