Mbappenin "Real"dakı maaşı bəlli olub
"Real" Madridlə 5 illik müqavilə imzalayan fransız ulduz Kilian Mbappenin İspaniya komandasında alacağı illik maaş açıqlanıb.
Sportline.az Ajansspor.com-a istinadla xəbər verir ki, hazırda transfer dəyəri 180 milyon avro olan 25 yaşlı ulduz "Real Madrid"dən illik 30 milyon avro məvacib alacaq.
Xəbərdə ayrıca olaraq Mbappenin 50 milyon avro civarında imza pulu alacağı bildirilib.
Qeyd edək ki, Mbappe PSJ-də keçirdiyi 7 mövsüm ərzində 308 oyuna çıxıb.Super ulduz bu görüşlərdə 256 qol vurub, 108 asist edib.